Bakıda orta məktəblərdən birinin yaxınlığında şagird bullinqə məruz qalıb.
Tribunainfo.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ətrafında baş verib.
Bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
***
Bakı Şəhəri Təhsil İdarəsi (BŞTİ) hadisə ilə bağlı məlumat yayıb.
“Şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.
Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır”, – məlumatda qeyd olunub.
Həmin görüntüləri təqdim edirik:
Tribunainfo.az