Hovannisyan: Ermənistan bölgənin ən mənasız ölkəsinə çevrilirbackend

Hovannisyan: Ermənistan bölgənin ən mənasız ölkəsinə çevrilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim ən böyük faciəmiz bu vəziyyətə birbaşa cavabdeh olan primitiv elitamızdır”. Tribunainfo.az xəbər verir ki, bu fikirlər Alternativ Layihələr qrupunun koordinatoru Vahe Hovhannisyana məxsudur.
O deyib ki, Ermənistanın fəlakətlərinin kökündə İrəvanın strateji primitivizm dayanır. “Bu elita Yaxın Şərqdə və yaxın regionumuzda yeni gərginlik və qarşıdurma təhlükəsinə, bütün qonşuların və rəqiblərin aktiv təmaslarına, onların aramsız açıq və qaranlıq danışıqlarına, Putinin Bakıya səfərinə necə cavab verək? Velosiped, xaş və şeir şənliyi ilə?”
Hovhannesyan bildirib ki, Ermənistan artıq Cənubi Qafqazın mənasız və ümidsiz əlavəsinə çevrilib. “Azərbaycan BRİKS-ə üzv olmaq istəyir. Biz biz qafiyələr qoşuruq, şer deyirik. Düz dörd il, 2020-ci il müharibəsindən əvvəl də sözün əsl mənasında eyni qeyri-ciddi vəziyyətdəydik”.