Bir çox insanlar tətilə və ya işgüzar səfərə gedərkən tez-tez hotel və mehmanxanaların xidmətlərindən istifadə etməli olurlar. Ancaq hər kəs hoteldə qalmağın ümumi qəbul edilmiş qaydalarını bilmir.
Hoteldən müəyyən əşyalar götürməyə icazə verilir. Amma bəzi əşyalar var ki, onları özünüzlə aparsanız, qonaq cərimə və ya əşyanın bütün dəyərini ödəmək öhdəliyi ilə üzləşir.
Məsələn, şampunları hoteldən götürmək olar. Həmçinin duş geli, sabun, diş fırçasını da özünüzlə apara bilərsiniz.
Digər suallardan biri isə hoteldən başmaq götürməyin mümkün olub-olmamasıdır. Bunun da cavabı müsbətdir. Fakt budur ki, onlar birdəfəlikdir və qonaq gedəndən dərhal sonra atılır.
Tez-tez otaqlarda hotel loqotipləri olan dəftərxana ləvazimatları var, bu qələm və ya bloknot ola bilər . Müəssisə onun reklamı ilə maraqlandığı üçün onları etibarlı şəkildə özünüzlə aparmaq olar.
Hoteldən hədiyyələr, şokolad və ya konfet də götürülə bilər. Yəni şəxsi istifadə üçün nəzərdə tutulmuş əşyaları aparmaq mümkündür.