Hoteldə qadını 150 manata görə öldürübmüşbackend

Hoteldə qadını 150 manata görə öldürübmüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masazırda yerləşən “Göyçə” hotelində 32 yaşlı Turanə Cavadovanın qətli ilə bağlı məhkəmə adaşdırması yekunlaşıb.

Tribunainfo.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Məhkəmə istintaqı ilə hadisənin necə baş verdiyi və səbəbi məlum olub. İstintaq materiallarında bildirilib ki, təqsirləndirilən Rəsul Niftəliyev hadisəni quldurluq niyyəti ilə törədib.

28 yaşlı Rəsul Turanəni Xırdalan dairəsi kimi tanınan ərazidə görüb. Qadının kişilərlə pul qarşılığında görüşdüyünü anlayan Rəsul onun qazandığı məbləği ələ keçirmək qərarına gəlib. Həmin gün Turanə ilə görüş haqda razılığa gələrək Masazır qəsəbəsindəki mehmanxanaya üz tutub.

Otağa daxil olduqdan bir müddət sonra Rəsul Turanədən üstündəki pulları verməsini tələb edib. Turanə buna etiraz edib, onların arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Rəsul iki əli ilə Turanəni boğaraq öldürüb. Bundan sonra onun üzərindəki 150 manatı götürərək hoteldən qaçıb.

Təqsirləndirilən şəxs ifadəsində hadisə günü narkotikin təsiri altında olduğunu, Turanəni onun yaxınlarını söydüyünə görə öldürdüyünü deyib.

Bütün şahidlər dindirildikdən, sənədlər tədqiq edildikdən sonra hökm elan edilib.

Hökmə əsasən, R.Niftəliyev quldurluq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 19 il azadlıqdan məhrum edilib.