Milyonlarla insanın həyatında ağır izlər buraxan, “NKVD” kimi yaddaşlarda qalan SSRİ Xalq Daxili İşlər Komissarlığının mövcudluğu dövründə bu quruma 26 ay başçılıq edən Nikolay Yejov xüsusi amansızlığı ilə fərqlənib.
Məhz onun tükənməz qəddarlığı sayəsində 1 milyon 500 min nəfərin yolu “NKVD”-nin dəmir barmaqlı zindanlarından keçib. 700 min nəfər isə ən ağır cəzaya, güllələnməyə məhkum olub. Homoseksual olduğunu məhkəmədə etiraf edən Stalinin “dəmir” kommissarı sonda özü də “NKVD” gülləsinə tuş gəlib.