backend

HOLOKOST- BÖYÜK FƏLAKƏT-VIDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27  Yanvar 1945-ci ildə SSSR ordu generalı Pavel Kurotçkin tabeliyində olan Sovet 60-cı Ordu Ukrayna birlikləri Osvensim-ə daxil olaraq sağ qalanları nasistlərdən xilas etdi. Həmin hər il yanvarın 27-si Holokost qurbanlarının beynəlxalq anım günü kimi qeyd olunur.  

 

27  Yanvar 1945-ci ildə SSSR ordu generalı Pavel Kurotçkin tabeliyində olan Sovet 60-cı Ordu Ukrayna birlikləri Osvensim-ə daxil olaraq sağ qalanları nasistlərdən xilas etdi. Həmin hər il yanvarın 27-si Holokost qurbanlarının beynəlxalq anım günü kimi qeyd olunur.

 

Holokost (yunanca: holokauston), “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.

Yəhudilər başda olmaqla sintlər, romanlar və digər “qaraçı” qəbul edilən insanlar, faşizm əlehdarı almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar.  Faşistlər Holokostu “yəhudi probleminə son həll” olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa, həyatını itirənlərin sayı bəzi alimlərə görə 17 milyon nəfərə qədər qalxa bilər..

Bu insanların öldürülmə səbəbləri faşizm dövründə son həddə çatmış yəhudi nifrətinin və faşizm irqçiliyinə görə “yaşamaq haqqı olmayan aşağı irqlər” olaraq görülmələri idi..

Məlum olduğu kimi, bu günə qədər bir çox tarixçilər Adolf Hitlerin yəhudi düşmənçiliyi ilə bağlı fərqli mülahizələr irəli sürüblər. Onun 6 milyon insanın qətlə yetirilməsinə səbəb olan yəhudi düşmənçiliyi də dünya tarixinın böyük sirlərindən sayılır.

Tanınmış tarixçi Ralf Corc Reut yeni bir iddia ilə çıxış edib., Almaniyanın iqtisadi baxımdan çöküşündə və Rusiyadakı bolşevik inqilabında yəhudilərin əli olduğuna görə Hitler iqtidara gəldiyi zaman onları əsas hədəf seçib. Əvvəllər bu haqda irəli sürülən tezislərə görə, Hitlerin içindəki antisemit duyğular 1914-cü ildən daha da qabarıq hala gəlmiş, sonralar isə bu hisslər Vyana küçələrində gördüyü saçları qıvrım, iki tərəfdən hörülmüş, uzun qara geyimili dindar yəhudilərə qarşı düşmənçiliyə çevrilmişdi.
Digər bir tezisə görə, bu düşmənçiliyin başqa bir səbəbi Hitlerin anasının yəhudi bir həkimin əlində ölməsi olub. Ancaq sözügedən tarixçinin yeni tezisinə görə, I Dünya müharibəsindən sonra yəhidilərin Almaniya iqtisadiyyatını iflasa uğratması Hitlerin onlara qarşı olan kinini daha da artırıb. Tarixçi o dövrdə Almaniya iqtisadiyyatını yəhudi iş adamlarının idarə etdiyini, digər tərəfdən, ölkə banklarının 50%, qəzetlərin isə 80%-nin yəhudilərin əlində olduğunu qeyd edib. Müharibənin Avropa iqtisadiyyatını üzləşdirdiyi böhran Almaniya iqtisadiyyatında daha çox özünü büruzə verib. Bu isə Hitlerin hər dəfə bir parça çörəyə möhtac alman ailələrini gördükdə yəhudilərə qarşı nifrətini daha da artırır.
Məlumat üçün bildirək ki, ötən əsrin əvvəllərində Rusiyada baş verən Oktyabr inqilabının da Almaniya iqtisadiyyatına mənfi təsir göstərdiyini deyən Hitler Leninin yəhudi olduğunu iddia edirdi.

1933-cü il 1 aprel tarixində Adolf Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota dəvət edib. Bu boykot yəhudi dükanlarının sökülməsi, qarət edilməsi və sahiblərinin döyülməsi ilə nəticələnib. 1935-ci ildə yəhudilərin həkimlik, əczaçılıq, əsgərlik və bir çox işlərdə çalışması qarağan edilib. 15 sentyabr 1935-ci il tarixində qəbul olunan “Nurnberg qanunları”na görə ari irqdən olmayanlar “aşağı sinif” insanlardır və onlarla ailə qurmaq yasaqlanıb. 1936-cı ildə Berlində keçirilən olimpiya oyunları ilə dünyanın diqqətinin Almaniyaya yönəlməsi sayəsində bir müddət yəhudi nifrəti, antisemitizm tətbiqetmələri arxa planda qalır. Amma 1938-ci ildən etbarən antisemitizm əvvəlkindən daha şiddətli şəkildə geri dönür. 1938-ci ilin yanvarından etibarən yəhudilərin yalnız yəhudi adlarından və soyadlarından istifadə etməsi haqqında yeni qayda qəbul olunub.
1 sentyabr 1939-cu ildə yəhudi soyqırımına start verilib. Hitler əslində bu qərarını, yəhudilərin kökünü kəsmək qərarını 1925-ci ildə yazdığı “Mein Kampf” (Mənim mübarizəm) adlı kitabında çoxdan açıqlamışdı. Qətliamın bu dövründə faşist həkimlər əlil qurbanlar üzərində çox sayda yeni öldürmə metodları yoxlamışdılar.

Qaz maşınları ilə öldürmə metodu da faşistlərin gözlədikləri təsiri verməyincə nəhayət  fabrik üsulu ilə sənayesi qurulmağa başlandı. Duş otağı görünüşünə sahib olan qaz otaqlarına yəhudilər çox etiraz etmədən toplu halda girirdilər. Beləcə rahatlıqla, ən təsirli öldürmə qazı olan “Zyklon B” bu otaqlara nasosla vurulur və insanlar məhv olurdular. Bu qaz 20 dəqiqə davam edən çox əziyyətli bir ölümə gətirib çıxarırdı. Sonra bu cəsədlər, sırf bu məqsəd üçün çıxarılmış olan sobalarda yandırılırdı. 
20 yanvar 1942-ci ildə Adolf Eichmann tərəfindən idarə olunan yüksək dövlət məmurlarının Yəhudi probleminin son həllinin təşkil edilməsinin detallarını danışdıqları Wannsee Konfransı reallaşdı. Bu protokola görə öldürülmələri planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon idi.

İlk ölüm düşərgələri 1933-cü ildən Daxauda inşa edildi.

Sonra isə siyahı artdı:

Auschwitz-Birkenau (1941)

Chelmno (ya da Kulmhof) (1941)

Varşava (1942)

Lublin (1942)

Belzec Lublin yaxınlığında (1942) 

Faşizm dövründən qalma Holokostun layihə şəklini sübut edən yazılı sənədlərin sayı çox azdır. Bununla əlaqədar olaraq faşizm rəhbərliyinin gələcəyə sübut saxlamamaq üçün sənədləri şüurlu olaraq yox etdikləri fikri hakimdir. Holokostun layihə şəkli dövlət sirri olaraq dəyərləndirilirdi və Holokostu hazırlayan rəhbərlik bu işdə digər əli olan insanlara bu mövzunu çölə çıxarmamaq əmri almışdılar. Yəni Holokostu hazırlayanlar etdiklərinin insanlıqdan kənar olduğunu dərk edirdilər.

Himmerin 1943-cü ilin sentyabr ayında toplu edamlara başlamış SS əsgərlərinin və zabitlərinin qarşısında etdiyi Pozen danışığından sonra yəhudi soyqırımını Hitlerin əmri ilə artıq Himmer idarə etməli idi. Himmerin şəxsi həkimi Felix Karsten, Himmerin ona “Müharibənin sonuna qədər bir tək yəhudi belə həyatda qalmayacağını, Hitlerin bunu belə istədiyini” söyləmişdi.

Müharibənin gedişində faşistlər Rusiyanın işğalını və yəhudilərin Rusiyanın yaşamaq mümkün olmayan ərazilərinə köçürməyi və burada öldürülmələrini planlaşdırırdılar. Lakin Rusiyanın rahatlıqla ələ keçməyəcəyini görən almanlar “Son həll” layihəsinin Şərqi Avropanın işğal olunmuş ərazilərində keçirməyi qərara aldılar.

Holokost qurbanlarının sayı uzun zaman ancaq təxmin edilmişdir. Nürnberg məhkəməsi 1946-cı ildə öldürülən yəhudilərin sayı ilk dəfə 6 milyon hesab olunurdu. 1945-ci ilə qədər təhlükəsizlik nazirliyində işləmiş Wilhelm Höttl adlı məmur Adolf Eichmannın ona dediklərini məhkəmə qarşısında belə açıqlamışdır:

« Ölüm düşərgələrində cəmi dörd milyon, digər formalarda 2 milyon yəhudi öldürülmüşdür. Digər formalarda öldürülənlərin çoxu Rusiyaya doğru irəliləyən ordunun içindəki SS komandaların tapdığı yəhudiləri güllələməsi ilə ölmüşdür. »

Holokostu araşdıranlar bundan sonrakı tarixdə daha aşağı saylar ortaya qoymuşdur. 1953-cü ildə ingilis tarixçi Gerald Reitlinger ölən yəhudilərin sayını 4,2 – 4,7 milyon təxmin etmişdir. ABŞ-lı tarixçi Raul Hilberg isə 1961-ci ildə 5,1 milyon sayını ortaya qoymuşdur.. Digər bir ingilis tarixçi Martin Gilbert 1982-ci ildə 5,7 milyon sayını ortaya qoymuşdur..

1990-cı ildən bu zamana qədər bilinməyən sənədlərlə dolu Sovet arxivləri tarixçilərə məlum olmuşdur. Bu arxivdə düşərgələrə köçürülənlər siyahısı, sürgün üçün istifadə olunan qatarların planları və yəhudilərin Holokostdan əvvəlki sayını ehtiva edən sənədlər tapılmışdır. Bu sənədlərin köməyi ilə öldürülənlərin sayları təkrar hesablanmış və məsələn, Auschwitz ölüm düşərgəsində 1,1 milyondan daha az yəhudi öldürüldüyü ortaya çıxmışdı. Digər ölkələrdə də ölənlərin sayları daha dəqiq olaraq hesablanmışdır.
 


 

Wolfgang Benzin yazdığı “Dimension des Wolkermords” (1991) adlı kitabda günümüzdə ən güvənilən məlumatlara və mənbələrə əsaslanaraq hesablanmış rəqəmlər bu günümüzdə ən güvənilən saylar qəbul olunur.

NÜŞABƏ