Hollivudda şok! Cinn Hekmen həyat yoldaşı və itləri ilə birlikdə ölü tapıldı

Hollivudda şok! Cinn Hekmen həyat yoldaşı və itləri ilə birlikdə ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı məşhur aktyor, ikiqat “Oskar” mükafatı laureatı Cinn Hekmen Nyu-Meksiko ştatının Santa-Fe dairəsində həyat yoldaşı və itləri ilə birlikdə ölü tapılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Variety” nəşri yerli şerif idarəsinə istinadən məlumat yayıb.

Polis onların ölümünü təsdiqləsə də, faciənin səbəbləri hələlik açıqlanmayıb. 95 yaşlı Hekmen “Fransız əlaqəsi” və “Bağışlanmayan” filmlərindəki rollarına görə “Oskar” mükafatına layiq görülmüşdü.

Hadisənin təfərrüatları araşdırılır və yaxın günlərdə əlavə məlumatların açıqlanacağı gözlənilir.