Natali Portman da bir çox aktrisalar kimi Hollivud sekssizmi haqqında danışmağa qərar verib.
Natali Portman da bir çox aktrisalar kimi Hollivud sekssizmi haqqında danışmağa qərar verib.
TİA.AZ xəbər verir ki, məşhur aktrisa Eşton Katçerə ondan üç dəfə çox qonorar verildiyini etiraf edib. “Jackie” filminin qəhrəmanı Britaniyanın “Marie Claire” jurnalına verdiyi müsahibədə prodüserlərin iki baş rol ifaçılarına müxtəlif qonorar ödəməsini pisləyib. O, kino sahəsində qadın və kişilər arasında ayrıseçkilikdən və ədalətsizlikdən şikayət edib:
“Eştona məndən üç dəfə çox pul verdilər. Bu qərarı layihənin yaradıcıları verib. Mən o qədər bərk qəzəblənmədim, sanki belə də olmalı idi. Bizə çoxlu pul verirlər, ona görə də şikayətlənmək günahdır, amma rəqəmlərdə belə fərq adamı dəli edir”.
35 yaşlı Portman daha əvvəl verdiyi müsahibəmdə hiddətlə bəyan edib ki, çəkilişlərin əsas hissəsini kişilər məşğul olur, qadınlar isə adətən yalnız rekvizitə görə cavab verir.
Xatırladaq ki, Cessika Alba, Lena Danem, Cessika Cesteyn, Sienna Miller, Skartlett Yohanson və başqaları kişilərə qadınların daha çox pul ödənilməsinə qarşı çıxıblar.