Bakıda yerləşən “Hollivud” restoranında bıçaqlanma hadisəsi baş verib. Tribunainfo.az xəbər verir ki, münaqişə zamanı Usubov Zeynal Mütəllim oğluna bir neçə bıçaq zərbəsi vurulub. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra tərəflər sakitləşdirilib və restoranın fəaliyyəti bir neçə saatlıq dayandırılıb. Məlumata görə, hazırda Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.
Xəbərlərə görə, sözügedən restoran iş adamı olan İsfəndiyar Axundova məxsusdur. O, el içində “Şərurlu İsfəndiyar” kimi tanınır.
Qeyd edək ki, hadisə zamanı bıçaqlanaraq ağır bədən xəsarətləri alan Usubov Zeynal Mütəllim oğlu uzun müddət prokurorluq əməkdaşı olub və Nərimanov rayon prokurorunun sabiq müavinidir.