Hollandiyalı ifrat sağçı siyasətçi Gİrt Vilders İslamla bağlı qalmaqallı açıqlamalar verib.
Tribunainfo.az-ın xəbərinə görə, daha əvvəl müsəlmanları və prezident Ərdoğanı hədəf alan Vilders, “Problem İslamdır. 20 ildən artıqdır ki, İslama xəbərdarlıq edirəm. Mollalar mənə fətva verib, müsəlmanlara məni öldürməyi əmr ediblər” deyib.
Qeyd edək ki, ifrat sağçı siyasətçi əvvəllər də irqçi və ayrı-seçkilik xarakterli ritorika ilə İslamı və müsəlmanları hədəfə alıb.
Xatırladaq ki, Vilders Məhəmməd mövzusunda karikatura müsabiqəsi təşkil edib və bu sözləri paylaşıb: “Məhəmməd peyğəmbər haqqında çəkdiyiniz karikaturaları mənə göndərin”. Wilders postundan sonra “İfadə azadlığı zorakılıq və İslami fətvadan üstün olmalıdır” deyib.