Hollandiyadakı anti-islam və anti-immiqrant ifrat sağ populist lideri Girt Vilders gözlənilməz uğurqazandı.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Hollandiyada ifrat sağçı populist Girt Vildersin partiyası gözləntiləri üstələyən böyük seçki qələbəsi qazanıb.
Vildersin “Azadlıq” Partiyası seçki qutusunda böyük fərqlə qalib gəlib. Anti-İslam partiyası 37 deputatla 150 üzvlü parlamentdəki yerlərinin sayını iki dəfədən çox artırıb.