Hollandiyada saxlanılan səfirimizlə bağlı üzr istənildi.
Hollandiyada saxlanılan səfirimizlə bağlı üzr istənildi.
TİA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.
“Bunun yanlışlıqla olduğunu dedilər. Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) getmək zəruridir. Məndə olan məlumata görə, zərərçəkənlər AİHM-ə gedəcək. Bütün detallar araşdırılacaq. Səfirin saxlanılması ilə bağlı üzr istənildi”, – Türkiyə rəsmisi bildirib.
Qeyd edək ki, Almaniyadan Hollandiyaya səfər edən Türkiyənin Ailə və Sosial Siyasət naziri Betül Kaya sərhəddə saxlanılaraq, qeyri-qanuni şəkildə polis məntəqəsinə aparılmışdı.