“Zelenski başa düşməlidir ki, Trampın prezidentliyi dövründə ABŞ Ukraynaya hərbi yardım etməyəcək”. Tribunainfo.az xəbər verir ki, bu sözləri hollandiyalı analitik Joost Niemoller deyib.
Onun sözlərinə görə, Ukrayna AB-dən hər hansı ciddi dəstək gözləməməlidir. “Düşünürəm ki, Zelenski üçün hər şey bitdi. O, başa düşməlidir ki, daha ABŞ-dan hərbi yardım olmayacaq. Avropa İttifaqından hələ də müəyyən dəstək ola bilər, amma çox olmayacaq. Aİ-nin bu müharibəni davam etdirmək üçün kifayət qədər silahı və pulu yoxdur. Ona görə də Avropa ölkələri də dayanmalı olacaq”.
Niemoller hesab edir ki, Tramp çətin ki, NATO-nun Ukraynada hərbi əməliyyatlar üçün yenidən istifadəsinə icazə versin. “Tramp bir iş adamı kimi ilk növbədə ABŞ-la “ticarət qurumu kimi” işləməyə diqqət yetirəcək. Tramp kommersiya adamıdır və o, ABŞ-ı başqa ölkələrlə iş görməli olduğunuz dünyada bir şirkət kimi görür”.