İranda devalivasiya dayanmaq bilmir.
Tribunainfo.az xəbər verir ki, son bir həfətərə yerli valyuta olan tümən dollar qarşısında 12 faiz dəyər itirib.
Hadisələrin indiki şəkildə davam etməsi ölkədə sürətli bahalaşmaya da səbəb olub. İnsanlar isə bu durumdan narazıdır və hökuməti açıq tənqid etməyə başlayıblar.
İslahatçı qanadın nümayəndəsi olan tanınmış iqtisadçı professor Hüseyn Rəqfar isə deyir ki, faktiki durum molla rejiminin çıxılmaz vəziyyətə düşməsinə gətirib çıxaracaq. Onun sözlərinə görə, 1 dollar 100 min tümən həddini keçərsə, etirazların qarşısını almaq mümkün olmayacaq. “Dollar 100 min tümən olarsa, İranda etirazlar qaçılmaz olacaq. Çünki əhali artıq dolanışığını necə quracağını bilmir və vəziyyətlə də barışmaq fikrində deyil”.
Rəqfar onu da bildirib ki, İranda milli maraqlar oliqarxların maraqlarına qurban verilib.
O, hökumətin çarəsiz olduğunu, prosesi önləmək üçün imkanlarının olmadığını da vurğulayıb. “Hökumətin daxildəki valyuta bazarını tənzimləmək üçün bir dollar belə yoxdur”.