“İran hökuməti daxilində Əli Xamneyinin siyasətini tənqid edənlərin sayı artmağa başlayıb”.
Tribunainfo.az bildirir ki, bu xəbəri “İran İnternational” yayıb.
Məlumatda deyilir ki, bir çox siyasətçilər Xamneyinin adını çəkməsələr də, bildirirlər ki, cari siyasətlər dəyişdirilməsə, sistem çökmə yoluna girəcək. “Molla rejiminin dəyişəcəyi inandırıcı görünmür. Onların özlərini dəyişməsi mümkün də deyil. Bu səbəbdən hökumət də narahatdır. Çünki çöküş olarsa, altında onlar qalacaq”.
İran mənbəsi qeyd edir ki,bununla bağlı hökumət rəsmiləri Xamineyinin ofisinin nümayəndələrinə xəbərdarlıq ediblər.
Fərda Əliyev