HÖKUMƏTDƏN VACİB QƏRAR: ƏT UCUZLAŞACAQMI? – EKSPERTbackend

HÖKUMƏTDƏN VACİB QƏRAR: ƏT UCUZLAŞACAQMI? – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ətin qiymətinin ölkədə sosial-iqtisadi parametrlər nöqteyi-nəzərdən böyük önəm daşıması aiddiyati antinflyasiya tədbirlərinin həyata keçirilməsinə faktiki olaraq məcbur edir”.
Bunu TİA.Az-a açıqlamasında iqtisadçı-ekspert Elşad Məmmədov deyib. Onun sözlərinə görə,
belə olan halda biz görürük ki, hökümət tərəfindən müxtəlif mexanizmlər tətbiq olunmaqdadır:
” Bu mexanizmlərdən biri kimi də müvafiq sənədləşmə ilə bağlı rüsumların aradan qaldırılmasından ibarətdir. Bu, sözsüz ki, qısamüddətli perspektivdə ətin qiymətində bir qədər sabitləşmə meyllərinə şərait yaradacaq. Belə ki, pasportlar görə nəzərdə tutulan 20 manat rüsumun aradan qaldırılması eyni zamanda hökumət tərəfindən digər təşəbbüslərlə çıxış edilməsi, qiymətlərin sabitləşməsinə müəyyən dərəcədə təsir edəcək. Ancaq daha uzunmüddətli perspektivdə nəzərə almalıyıq ki, ətin satış bazarlarına çıxarılması üçün kifayət qədər həm infrastruktur xərcləri var həm də ətin bazara çıxarılmasında onun qiymətlərinin formalaşmasında müəyyən dərmanların digər vəsaitlərin istifadəsi zəruri olur.

Bununla yanaşı su resurslarına çıxışın əlçatan olması tələb olunur. Həmçinin heyvandarlıq inkişafı nöqteyi-nəzərdən heyvanların qidası var. Kreditləşmə ilə bağlı faiz dərəcələrinin yumşaldılması məsələləri var. Yəni burda sistemli yanaşma olmalıdır. Rüsumlarla bağlı yumşaldılmalarin reallaşdırılması tam şəkildə məsələnin həlli kimi çıxış edə bilməz, yalnız yaxın müddətli perspektivdə müəyyən dərəcədə ət qiymətlərində sabitləşmə ola bilər”.

Qeyd edək ki, Nazirlər Kabineti “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edib.
Dəyişikliyə əsasən, identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq.

Aytac