Bu gün saat 17:00-da Gürcüstana Avropa İttifaqına namizəd statusunun verilməsi ilə bağlı ümumi şənlik olacaq. Tribunainfo.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirilən xüsusi brifinqdə deyib.
“Hamınızı sabah, dekabrın 15-də saat 17:00-da ölkəmizin və xalqımızın tarixi qələbəsini birlikdə qeyd etmək üçün Azadlıq meydanına dəvət edirəm. Sabah milli bayram və ümumi qələbə günü olmalıdır”, – deyə İrakli Qaribaşvili bildirib.