“Müstəqilliyimizin qısa tarixi ərzində 2 hal qeydə alınıb ki, hökumət qaçılmaz təhlükəni hiss edərək son anda istefa verib, hakimiyyət yükünü başqasının üzərinə yükləyib, lakin o hakimiyyəti saxlamaq mümkün olmayıb və istefa verənlər açıq şəkildə bu haqda bilirdi”.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, məqalədə qeyd olnur: “bunlardan biri 2018-ci il aprelin 23-də Serj Sarkisyanın istefası və Karen Karapetyanın baş nazir təyin edilməsi ilə bağlı qərar, digəri Arayik Arutyunyanın istefası və Samvel Şahramanyanın prezident seçilməsi istiqamətində addım atması olub.
Hər iki halda hökumətin, ikinci halda isə ölkənin məğlub olduğu, hakimiyyətin ötürülməsinin ancaq formal xarakter daşıdığı açıq-aşkar görünürdü. Aprelin 23-dən sonra nə Karen Karapetyan ölkədə respublika hakimiyyətini saxlaya bildi, nə də Samvel Şahramanyan Qarabağı saxlaya bilmədi.
Ermənilər faktiki olaraq təslim olanda Azərbaycanın bütövlüyü tanındı. Rusiya-Azərbaycan-Türkiyə müqaviləsi bağlandı. Və Ermənistan hakimiyyətinin Araik Arutyunyanın hansısa qüvvələrin təzyiqi ilə istefa verməsi və ya istefa verməsəydi, Qarabağın təslim olmayacağı tezisi ən azı yalan və manipulyasiyadır.