Azərbaycan hökumətinin proqnozuna əsasən, cari ildə ölkənin ümumdaxili məhsul istehsalı (ÜDM) 68 mlrd. 164,7 mln. manat təşkil edəcək.
Azərbaycan hökumətinin proqnozuna əsasən, cari ildə ölkənin ümumdaxili məhsul istehsalı (ÜDM) 68 mlrd. 164,7 mln. manat təşkil edəcək.
“APA-Economics” xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.
Beləliklə, bu il 0,3%-lik real artım tempi proqnozlaşdırılır.
Hökumətin proqnozlarına görə, özəl sektorun ÜDM-də payı 84% olacaq.
Neft sektorunda bu il 24 mlrd. 280,4 mln. manatlıq və ya 4,3% az, qeyri-neft sektorunda isə 43 mlrd. 884,3 mln. manatlıq və ya 2,6% çox istehsal gözlənilir.
2018-ci ildə isə 1,5%-lik iqtisadi artım proqnozlaşdırılır. Belə ki, gələn il Azərbaycanda ÜDM-in 69 mlrd. 395,4 mln. manata (neft sektoru – 21 mlrd. 764,9 mln. manat, qeyri-neft sektoru – 47 mlrd. 630,5 mln. manat) çatacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83%-ə enəcək.
Proqnozlara əsasən, 2019, 2020 və 2021-ci illərdə Azərbaycan iqtisadi müvafiq olaraq 4%, 3,7% və 2,9% artacaq.