Hökməlidə əməliyyat – Saxlanılanlar var+Videobackend

Hökməlidə əməliyyat – Saxlanılanlar var+Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hökməli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 5 nəfər saxlanılıb.

DİN-nin Mətbuat xidmətinin verilən məlumata görə, Abşeron RPİ-nin Qobu Polis Bölməsinin əməkdaşlarının Hökməli qəsəbəsində həyata keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.

Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Cəmaləddin Alxasov, Aydın Eyvazov, Samir Mustafayev, Eldar Nəbiyev və Fərrux Əsgərov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman hazır bükümlər formasında satış üçün qablaşdırılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.