Şeyx Həsən Nəsrullahın öldürülməsindən sonra başsız qalan Hizbullah təşkilatı özünə yeni baş katib seçmək üçün start düyməsinə basıb. Tribunainfo.az xəbər verir ki, bu posta hazırda iki əsas namizədin adı çəkilir.
Onlardan biri hazırda baş katibin səlahiyyətlərini icra edən Seyid Haşim Səfiddunidir. Onun Hizbullahın rəhbəri olmaq şansları az hesab edilməsə də, İranın buna mane olacağı istisna edilmir. Çünki ikinci namizəd molla rejiminə daha yaxınlığı ilə seçilir.
Belə ki, ikinci namizəd Şeyx Naeem Qassemdir. Bu şəxs Pezeşkiqanın and içməsində iştirak etməklə yanaşı, həm də öldürülən general Qasim Süleymani və İranın dini lideri Əli Xamineyi ilə çox yaxındır. Hətta onun bu iki şəxsin evinə sərbəst girib-çıxan biri olduğu da verilən məlumatlar sırasında var.
İranın Şeyx Naeemin Hizbullahın baş katibi olmasını istəməsi yerli mediada aparılan təbliğatdan da aydın görünür. Belə ki, İran mətbuatı onu “qəhrəman” kimi təqdim edir.