Hizbullahı İŞİD və əl-Qaidə taleyi gözləyirbackend

Hizbullahı İŞİD və əl-Qaidə taleyi gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullah lideri Həsən Nəsrullahın ölümündən sonra, bu təşkilat daha iki önəmli fiqurunun sıradan çıxarıldığını açıqlayıb. Tribunainfo.az xəbər verir ki, onlardan biri Hizbullah Əməliyyat Şurasının rəhbəri Şeyx Nəbil Qavukdur.
Bu şəxs təşkilatın bütün əməliyyatlarına nəzarət etməklə yanaşı, həm də onun icralarını həyata keçirən əsas fiqurlardan biri olub.
Digər öldürülən Hizbullah komandiri isə Əli Kərkidir. Bu şəxs də kiçik fiqurlardan biri hesab olunmur. Onun İsrailə qarşı birbaşa əməliyyatlarda iştirakı çoxdan məlum idi.
Bu əsnada, Hizbullahın daxilində Nəsrullahın yeri uğrunda mübarizə başlayıb. Liderlərinin ölümündən sonra onun səlahiyyətlərini Haşim Safiuddin mənimsəyib. Yaxın zamanlarda onun Hizbullahın baş katibi olacağı gözlənilir.
Lakin Hizbullahın mətbuat xidməti açıqlama yayıb ki, Safiuddin bu posta gətirilməyib və onu təşkilatın lideri kimi təqdim etmək yanlışdır.