“Hizbullahı” bir nəfər idarə etməyəcəkbackend

“Hizbullahı” bir nəfər idarə etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hizbullah”ın rəhbəri Həsən Nəsrullah, ardından isə onun varisi Haşim Seyfəddininin öldürülməsindən sonra təşkilat idarəetmədə dəyişiklik etmək məcburiyyətində qalıb. Tribunainfo.az ərəbdilli “Asharq al-Awsat” qəzetinə istinadən xəbər verir ki, bundan sonra təşkilat kollegial qaydada idarə olunacaq.
Qəzet yazıb ki, “Hazırda Nəsrullahdan sonra baş katib vəzifəsinə heç kimin namizədliyi irəli sürülməyib. Faktiki olaraq hərəkat kollegial şəkildə idarə olunur”.
Qeyd edək ki, bu, İsrailin Hizbullah liderlərini birbaşa hədəf almasının yaratdığı qorxudan qaynaqlanır. Eyni zamanda, Hizbullahın tərkibində də rəhbərlik məsələsində fikir ayrılıqları var. Onlar kimin lider olması məsələsində yekdil fikrə malik deyillər.