Adolf Hitlerin şəxsi telefonu ABŞ-da keçirilən hərracda rekord qiymətə – 243 min dollara satılıb.
Adolf Hitlerin şəxsi telefonu ABŞ-da keçirilən hərracda rekord qiymətə – 243 min dollara satılıb.
TİA.AZ-ın xəbərinə görə, bu barədə “Alexander Historical Auctions” hərrac evinin açıqlamasında bildirilir.
Telefon 200-300 min dollar civarında qiymətləndirilsə də, start qiyməti 100 min dollar idi.
Üzərində Adolf Hitlerin adı yazılmış “Siemens” markalı telefon Vermaxtın (nasist Almaniyasının ordusu) hədiyyəsi olub. 1945-ci ildə sovet əsgərləri tərəfindən Hitlerin bunkerində tapılıb və daha sonra britaniyalı zabitə verilib. Zabitin ailəsi telefonu 70 ildən çox saxlayıb.
Hərrac evi telefonu bütün dövrlərin ən dağıdıcı silahı adlandırıb. Çünki bu telefondan edilən zənglər nəticəsində milyonlarla insan ölüb.