backend

Hitlerin Stalinə gizli məktubu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hitler Stalinə gizli məktub yazıb. Məktubda Fürer “millətlər atası”na müharibədən bir ay əvvəl İngiltərəyə hücum etməyi təklif edir.  

Hitler Stalinə gizli məktub yazıb. Məktubda Fürer “millətlər atası”na müharibədən bir ay əvvəl İngiltərəyə hücum etməyi təklif edir. 

Məktubun saxta olub-olmadığı barədə tarixçilər bu günə qədər də mübahisə edirlər.

Müəmmalı məktub

1941-ci ildə Almaniya Rusiyaya hücum edib. Hadisədən 75 il ötüb. Demək olar ki, bütün sovet sərkərdələri deyirdilər ki, Hitlerin hücum edəcəyini hiss edirlər. Amma Stalin təxribatlara uymamağı əmr edirdi. Almanlar tərəfindən hansısa bir provokasiya olubmu?

2005-ci ildə nəşr edilmiş “Hərbi elmlər Akademiyasının xəbərləri” jurnalında Hitlerin Stalinə ünvanladığı məktub dərc edilib. Jurnal az tirajla nəşr edildiyi üçün bu barədə çox adam bilmir. 1941-ci ilin 22 iyun tarixində başlayan dəhşətli müharibəyə aid bir çox sualların cavabı bu məktubun sətirlərində olmasa da, sətirlərin arasında gizlənib.

Məktub ilk dəfə İ.Buniçin tarixi romanında nəşr edilib. Məktubun orijinalı bu günə qədər də axtarılsa da, tapılmır.

TİA.AZ Ölkə.az-a istinadla 2005-ci ildə nəşr edilmiş məktubun mətnini oxucularına təqdim edir:

“Hörmətli cənab Stalin!

Mən bu məktubu sizə yazanda belə bir qənaətə gəlmişəm ki, İngiltərə dağıdılmadıqca və bir dövlət kimi məhv edilmədikcə nə bizim, nə də sizin gələcək nəsilləriniz üçün Avropada möhkəm dayaqları olan sülhə nail olmaq mümkün olacaq. Sizə də yaxşı məlum olduğu kimi, mən çoxdan bu hədəfə nail olmaq üçün müxtəlif hərbi tədbirlərin görülməsi barədə qərar qəbul etmişəm. Amma həlledici döyüş saatı yaxınlaşdıqca qarşılaşdığım problemlər də artır. Alman xalq kütləsi üçün istənilən müharibə, xüsusən də İngiltərəyə qarşı savaş arzuedilməzdir. Alman xalqı ingilisləri qardaş xalq sayır, bu səbəbdən İngiltərə ilə müharibə faciə kimi qəbul edilə bilər. Belə düşündüyümü gizlətmirəm və ingilislərin hərbi vəziyyətini nəzərə alaraq bir neçə dəfə İngiltərəyə humanizm şərtləri ilə sülh təklif etmişəm.

Amma mənim sülh təkliflərimə verilən təhqiredici cavablar, ingilislərin coğrafiyanı daimi surətdə hərbi fəaliyyətlə genişləndirmələri, dünyanı bu müharibəyə cəlb etmək istəkləri məni bir daha inandırdı ki, adalara (Birləşmiş Krallıq nəzərdə tutulur-red) hücum edərək bu dövləti qəti şəkildə məhv etməkdən başqa çarəm qalmayıb.

Amma ingilis kəşfiyyatı məqsədlərinə nail olmaq üçün “qardaş xalqlar” ideyasından məharətlə istifadə edir və bu tezisi təbliğatında uğurla tətbiq edir.

Bu səbəbdən adalara hücum əmrimə alman cəmiyyətinin, dövlət və hərbi rəhbərliyin bir çox üzvləri müxalif fikirdədirlər.

Yəqin ki, mənim köməkçilərimdən biri, cənab Gessin Londona uçmağı sizə məlumdur. Mənə verilən məlumata görə, onun məqsədi ingilisləri sağlam düşüncəyə vadar etməkdir. Əldə etdiyim bilgilərə görə, xüsusən də eyni zadəgan sülaləsindən olan və İngiltərədə nüfuzlu qohumları olan ordu generallarımın bəziləri də eyni düşüncədədirlər.

Bununla əlaqədar yaranmış vəziyyət məndə xüsusi həyəcan yaradır. Düşmən gözündən və aviasiyasından uzaq hücum üçün qoşun formalaşdırılması və eyni zamanda, Balkanlarda bu yaxınlarda keçirilən əməliyyatlarla bağlı Sovet İttifaqının sərhədləri yaxınlığında mənim böyük ordum, 80 diviziya cəm edilib. Sovet İttifaqı ilə Almaniya arasında mümkün ola biləcək hərbi münaqişə barədə şayiələr dolaşır.

Dövlət başçısının şərəfinə and içirəm ki, belə deyil.

Sizin bu şayiələri tam inkar etməmənizi və sərhəddə kifayət qədər ciddi qoşun yığmağınızı anlayışla qarşılayıram.

Belə bir vəziyyətdə təsadüfi silahlı münaqişənin yaranmasını istisna etmirəm. Belə bir təsadüfi münaqişə belə bir qoşun cəmləşməsi şəraitində iri miqyaslı müharibəyə çevrilə bilər. Sonra isə münaqişənin yaranma səbəbini müəyyənləşdirməyin çox böyük müşkülə çevrilməsi qaçılmazdır. Bundan başqa, münaqişəni dayandırmaq çətin ola bilər.

Mən sizinlə çox açıq danışmaq istəyirəm.

Təxminən 15-20 iyun tarixləri arasında Sizin sərhəddin qərb hissəsinə kütləvi qoşun yığmaq barədə planım var.

Belə olduğu halda, sizdən öz borcunu unutmuş generallarım tərəfindən istənilən təxribata uymamağı xahiş edirəm. Təbii ki, eyni zamanda onlara heç bir bəhanə verməməyi də sizdən rica edirəm. Əgər generallarım tərəfdən hər hansı bir təxribat ilə qarşılaşsanız, sizdən dözüm göstərməyinizi, heç bir cavab hərəkəti verməməyi və baş verən hadisə barədə məlum əlaqə kanalı vasitəsilə dərhal mənə xəbər verməyinizi xahiş edirəm. Ancaq bu yolla biz, mənə elə gəlir ki, sizinlə dəqiq razılaşdırdığımız ümumi məqsədimizə nail ola bilərik.
Sizə məlum məsələdə məni dəstəklədiyiniz üçün təşəkkür edirəm və bu məktubu sizə çox qısa müddət ərzində çatdırmaq üçün seçdiyim vasitəyə görə məni bağışlamağınızı rica edirəm.

İyul ayında sizinlə görüşə ümid edirəm.

Hörmətlə sizin Adolf Hitler. 14 may 1941-ci il”.