HİTLERİN GÖZLÜYÜ ARGENTİNADA TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinalı kolleksiyonerin evindən Üçüncü Reyx dövrünə aid  alman incəsənətinə aid tapıntılarla (artefakt) dolu gizli otaq aşkar edilib. 

Argentinalı kolleksiyonerin evindən Üçüncü Reyx dövrünə aid  alman incəsənətinə aid tapıntılarla (artefakt) dolu gizli otaq aşkar edilib.

TİA.AZ “artpolitinfo.ru” saytına istinadən xəbər verir ki, polislər Argentinanın paytaxtı Buenos-Ayres yaxınlığında yerləşən 

evin gizli otağında Üçüncü Reyx dövrünə aid ən iri artefakt kolleksiyası tapıblar.

 Associated Pressin xəbərinə görə, otaqda ümumilikdə, 75 əşya aşkarlanıb. Onların arasında oyuncaqlar, fotoşəkillər, böyük bir qartal üzərində svastika, qum saatı, musiqi qutusu və sair olub.

Argentinanın Təhlükəsizlik naziri Patrisiya Bullixr Associated Press-ə müsahibəsində bildirib ki, kolleksiya Üçüncü Reyxin süqutundan sonra yüksək rütbəli nasist tərəfindən Argentinaya qeyri-leqal olaraq gətirildiyi istisna olunur. Çox güman ki, bu şeylər orijinaldır.
 

Köhnə şəkillərdən də görünür ki, fürer (Üçüncü Reyxin lideri) tapılmış əşyalarla həmin dövrdə şəkil də çəkdirib.

Polis qutularda tarixi əhəmiyyət daşıyan tapıntıların inandırıcı sübutlarından biri olaraq, Hitlerin ağ-qara şəkillərini və böyüdücü şüşəsini də tapıb.

Argentinanın federal polis başçısı Nestor Роnkalya bildirib ki,  “biz tarixçilərə müraciət etdik və onlar bizə dedilər ki, bu orijinal böyüdücü şüşəni məhz Hitlerin özü istifadə edirdi”.

Buenos-Ayresin şimalında yerləşən qalereyada hakimiyyət nümayəndələri tərəfindən “şübhəli” əşyaların kolleksiyanın istintaqı başlayıb.

Təhqiqata İnterpol cəlb  edilib və 2017-cu il iyunun 8-də kolleksionerin evində axtarış edilib. Böyük kitab rəfi polislərin diqqətini cəlb edib, məhz buna əsasən Üçüncü Reyx zamanlarına aid alman tapıntıları ilə doldurulmuş otağa gizli yol aşkar edilib. Adı açıqlanmayan kolleksioner sərbəst qalsa da, istintaq nəzarətində saxlanılır. Polis müəyyənləşdirməyə çalışır ki, artefaktlar Argentina necə gəlib çıxıb.

“Bu tapıntılar üçün heç bir presedent (keçmişdə baş vermiş və hazırkı dövrdə nümunə və əsas ola biləcək hadisə)  yoxdur. Bir parça oğurlanıb və ya oxşarı köçürülüb. Amma bu orijinaldır, biz bunu araşdırmalıyıq” -deyə Ronkalya bildirib. Hesab edilir ki, Argentina prezidenti postunu tutan Xuan Peron 1946-ci ildən 1955-ci ilə kimi və 1973-cü ildən 1974-ci ilədək ölkəyə minlərlə nasistlərin, həmçinin xorvatiya və italiya faşistlərinə girməsinə imkan verib. Onların arasında 1960-ci ilin may ayında”Мosad” tərəfindən oğurlanmış və  1962-ci ildə İsraildə öldürülmüş gestapo rejiminin sabiq rəhbərlərindən biri Adolf Eyxman, alman faşistinin baş leytenantı Valter Кuçman, Polşalı əsir düşərgəsinin sabiq rəisi Yozef Şvamberqer,  Riqanın getto və əsir düşərgəsinin sabiq rəisi Riqa-Kayzerveld Eduard Roşman, Qebbelsin referantı Vilfrid fon Oven və kapitan Аloiz Braunner və digərləri olub.


İlahə