backend

Hitlerin evi müsadirə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstriya hakimiyyəti Adolf Hitlerin evini müsadirə edib. 

Avstriya hakimiyyəti Adolf Hitlerin evini müsadirə edib.

TİA.AZ xəbər verir ki, bu haqda Böyük Britaniyanın BBC teleradio şirkəti bildirib.

Məlumata görə, Avstriya parlamentinin aşağı palatası Braunau-am-İnn şəhərində Adolf Hitlerin böyüdüyü evin indiki sahibinin mülkiyyət hüquqlarının məcburi ləğvini bəyənib. Telekanal qeyd edir ki, ölkə hakimiyyəti binada arxitektura işləri aparmağı və onu “neonasistlər üçün cazibəsiz” etməyi planlaşdırır.

Hakimiyyət nümayəndələrinin sözlərinə görə, onlar binanın turizm üçün görməli yer olmaması üçün hər şeyi edirlər. Məmurlar daha əvvəl binanı dağıtmaq üçün icazə almaq istəyirdilər. Lakin buna nail olmayıblar.

Avstriya Daxili İşlər Nazirliyinin nümayəndələri 1972-ci ildən üçmərtəbəli binanı aylıq beş min dollara kirayələyir. Əsas məqsəd binanın neonasistlərin ziyarətgahına çevrilməsinə icazə verməməkdir.

Avstriyanın daxili işlər naziri Volfqanq Sobotkinin sözlərinə görə, dəqiq arxitektura işləri aparıldıqdan sonra Hitlerin evi dövlət və ya xeyriyyə ehtiyacları üçün istifadə olunacaq.