Hitlerin 93 yaşlı tərcüməçisi məhkəmələrdə sürünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada dövləti artıq 4-cü dəfədir ki, Helmut Oberlanderi vətəndaşlıqdan məhrum edir. 

Kanada dövləti artıq 4-cü dəfədir ki, Helmut Oberlanderi vətəndaşlıqdan məhrum edir.

TİA.AZ bildirir ki, 2-ci dünya müharibəsi dövründə nasistlərin yanında tərcüməçi işləyən 93 yaşlı Oberlander bu qərara qarşı da apelyasiya şikayəti verərək vuruşmaq istəyir. Üstəlik, əvvəlki 3 “döyüşdən” qalib çıxaraq vətəndaşlığını bərpa edə bilmişdi.

Bu adam Ontario əyalətinin Vaterloo şəhərində yaşayır. Müharibə zamanı o, “aynzatsqruppa 10a” adlanan bölümdə çalışıb. Ölüm eskadronu hesab olunan bu qrup SSRİ-nin işğal olunmuş ərazilərində dinc sakinlərə qarşı xüsusi amansızlıqları ilə yadda qalıb. Düzdür, məhkəmə onu hər hansı qətllərdə ittiham etmir – buna sübut yoxdur. Oberlander özü deyir ki, tərcüməçi olmağa onu zorla məcbur ediblər və o, heç vaxt nasistlərin ideologiyasını dəstəkləməyib.

O, 1924-ci ildə Ukraynada anadan olub. Deyir ki, 17 yaşı olanda onu zorla tərcüməçiliyə aparıblar. Kanada hökuməti vətəndaşlıqdan imtinanın səbəbini belə izah edir ki, o, 1960-cı ildə vətəndaşlıq alarkən tərcümeyi-halını dəyişərək, nasistlərə işlədiyini gizlədib.

Oberlanderi bundan əvvəl 2001, 2007 və 2012-ci illərdə vətəndaşlıqdan məhrum edbilər. Lakin o, vəkillərin köməyilə hər dəfə vətəndaşlığı bərpa edə bilib.