II Dünya Müharibəsində Hitler kabus ordu və köpürdülmüş tanklarla aldadılıb.
II Dünya Müharibəsində Hitler kabus ordu və köpürdülmüş tanklarla aldadılıb.
Belə ki, ABŞ və müttəfiq ölkələrin qüvvələri almanlarda qorxu yaratmaq məqsədilə realdan daha çox görünən kabus ordusunu yaratmağı qərara alıblar.
Bill Blass, Ellsuort Kelli, Artur Singer, Art Keyn II Dünya Müharibəsi illərində birlikdə iştirak ediblər. Ancaq onlar adi əsgərlərdən olduqca fərqləniblər. Onlar aktyor peşə məktəbləri və reklam agentliklərindən orduya dəvət alıblar. Aktyorluq bacarıqları bu şəxslərin müharibəyə qatılması üçün açar rolunu oynayıb.
Bu və digər əsgərlərin əsas məqsədi Hitleri aldatmaq olub. Blass və onun kimiləri Mərkəzi ştabın 23-cü xüsusi ordusunun elit bölməsində xidmət ediblər. Bu qüvvələrin vəzifəsi rəqibi taktiki cəhətdən çaşdırmaqdan ibarət idi.
Onlar II Dünya Müharibəsinin “Troya atını” yaratmalı idilər. Fərq isə ondadır ki, bu dəfə taxta at yerinə köpürmə tanklar, təyyarələr istifadə edilib.
Butaforiya səhnə tamaşası üçün lazım olan şeylər; məc. zahiri bəzək, bərbəzək, saxta cah-cəlallara deyilir. Məhz butaforiya strategiyanın tərkib hissəsi rolunu oynadı. Kabus ordusu 1100 nəfərdən ibarət olub və 1944-1945-ci illərdə 20-yə yaxın çaşdırıcı qurma döyüşlər hazırlayıblar.
Kabus ordusu ilə bağlı istənilən məlumat 1996-cı ilə qədər gizli saxlanılıb. İndi isə bununla bağlı bir neçə sənədli film çəkilib.