backend

Hitler Türkiyədə düşən UNO-nu belə oğurladıb – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adolf Hitler Ağrı dağında Nuhun gəmisinin qalıqlarını tapmaq üçün bir qrup casusu Türkiyəyə göndərib. 

Adolf Hitler Ağrı dağında Nuhun gəmisinin qalıqlarını tapmaq üçün bir qrup casusu Türkiyəyə göndərib.


TİA.AZ xəbər verir ki, bu haqda məlumat Yutub video-paylaşım şəbəkəsində yayımlanmış bir videoda yer alıb.

Bildirilir ki, bu casus qrupu İran və Türkiyə dağları arasında araşdırma apararkən bir kəndin yaşlılarından maraqlı bir əhvalat eşidib. Əhvalata görə, haradasa min il bundan əvvəl nə olduğu bilinməyən parlaq bir cisim səs-küy salaraq, indiki Türkiyə ərazisində yerə düşüb. Bir müddət sonra öz kəndindən başqa kəndə gedən sakin bu qəribə cismlə qarşılaşıb.

Həmin adamın dediklərinə görə, bu cism sanki fit çalırmış və çox isti imiş. Həmçinin cismdən çox iyrənc qoxu gəlirmiş. Sakinin sözləri məntiqli idi, çünki bir çox yadplanetli hadisəsində şahidlər eyni cür fitə bənzər səs və iyrənc bir iyi hiss etdiklərini demişdilər. 

Casuslar bu hekayəni dinlədikdən sonra Almaniyaya xəbər veriblər. Bir ay sonra həmin bölgəyə araşdırma üçün daha iki casus qrupu göndərilib. Uzun sürən araşdırmalardan sonra UNO sağlam vəziyyətdə tapılıb. Beləcə, Hitlər ilk dəfə dünyaya aid olmayan bir gəminin sahibi olub. UNO 25 metr uzunluğunda, 8 metr hündürlüyündə və giriş qapısı olmayan şəkildə idi. Bir neçə metr yüksəklikdə sanki dənizdə üzürmüş kimi dayanıbmış.

1938-ci ilin dekabrında gəmi Almaniyanın ən yaxşı alimlərinin toplaşdığı Münhen şəhərinə gətirilir. Onlar gəmini araşdırmağa başlayırlar. Araşdırmalar nəticəsində gəminin dünyanın heç bir ölkəsinin gizli silahı olmadığı aşkarlanır. Nasist alimləri qısa zamanda gəminin işləmə sisteminin necə olduğunu tapa bilrilər.

1941-ci ilin iyununda alman alimlərindən biri ABŞ-a qaçıb bildiklərini danışmasaydı, heç kim Hitlerin nəyə sahib olduğunu və onunla nə etmək istədiyini bilməyəcəkdi. Artıq UNO-nun sirri üzə çıxmışdı. İkinci Dünya müharibəsinin sonunda ABŞ kəşfiyyatı nasistlərin bütün obyektlərini və UNO-larını ələ keçirdi. UNO dərhal ABŞ-a göndərildi, amma SSRİ-də də əsir alınmış alman ailmlərinin vasitəsilə bu UNO-dan xəbərdar oldular. Artıq üç böyük ölkə də UNO-nu ələ keçirmək istəyirdi. Amerikalılar artıq bu UNO-nun texnologiyasından istifadə etməyə başlamışdılar. Amma bu UNO-nun texnologiyasından istifadə edən tək ölkə ABŞ deyildi. Almanlar çoxdan UNO-nun texnologiyasını anlayıb, “uçan boşqablar” düzəltməyə başlamışdılar. 

Çünki uçan boşqaba bənzəyən təyyarələr Almaniya səmasında uçarkən tez-tez görünürdülər. Amerika 8-ci hava kəşfiyyatı bölümündə işləyən bir pilot Nyu York mətbuatına açıqlamasında uçan boşqabların almanların işlətdiyi psixoloji bir silah olacağını bildirmişdi.

Amerikalılar İkinci Dünya müharibəsinin son günlərində Navustran səmalarında tez-tez uçan boşqablar gördüklərini demişdilər. Müharibə başa çatanda ABŞ-ın gizli ordusunun ilk hədəfləri buralarda işləyən alimlər idi. Keçmiş KQB əməkdaşı olan bir rus yazarın kitabındakı iddialara görə, nasistlər əllərində olan bir çox döyüş sursatını bu dünyaya aid olmayan cismləri inkişaf etdirərək yaradıblar. Bu hadisələrdən sonra cavabı tapılmayan tək bir sual qalır. Ağrı dağında tapılan UNO indi harada ola bilər və kimlər tərəfindən inkişaf etdirilir?