02 iyul 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hindistanın Azərbaycandakı səfiri Vanlalvavna Bavitlunqun müşayiət etdiyi Hindistan İxrac Təşkilatları Federasiyasının və Ticarət və Sənaye Palatasının ölkəmizdə səfərdə olan işgüzar nümayəndələri ilə görüş keçirilib.
Görüş zamanı Azərbaycan ilə Hindistan arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulanıb, xüsusən alternativ enerji mənbələri, tullantıların təkrar emalı, su təmizləmə, su ehtiyatlarının idarə olunması və digər sahələr üzrə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.