Hindistan Silahlı Qüvvələri həm xarici, həm də daxili düşmənlərin davamlı fəaliyyəti səbəbindən sayıq qalmalıdır.
Tribunainfo.az xəbər verir ki, Bunu ölkənin müdafiə naziri Racnat Sinx Madya Pradeş ştatında hərbi qulluqçular qarşısında çıxışı zamanı deyib.
Nazir Hindistanın təhlükəsizlik baxımından o qədər də şanslı ölkə olmadığına diqqət çəkib və əsgərləri daxili və xarici düşmənləri diqqətlə izləməyə çağırıb.
“Şimal və qərb sərhədlərimiz daim çətinliklərlə üzləşir. Biz daxili cəbhədə də təhdidlərlə üzləşirik”, – nazir vurğulayıb.