Hindistanda məhkəmə tutuquşunun ifadəsi əsasında qətldən 9 il sonra iki kişiyə ömürlük həbs cəzası verib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “India Today” yazırb
Cinayət 2014-cü ildə Aqra şəhərində törədilib. O zaman yerli qəzetin baş redaktoru Vijay Şarma oğlu və qızı ilə birlikdə qonşu şəhərə toya gedib, arvadı evdə qalıb. Qayıdandan sonra evin qarət edildiyini, arvadı və itinin öldürüldüyünü görüb. Evdə yaşayan tutuquşu yemək və içkidən imtina etməyə başlayıb, bununla əlaqədar Vijay Şarma quşun qətlin şahidi ola biləcəyindən şübhələnib.
V.Şarma cinayəti törədə biləcək şəxslərin adlarını sadalamağa başlayıb. Qardaşı oğlu Aşunun adını deyəndə quş qışqırmağa və qəfəsin içinə çırpınmağa başlayıb. Tutuquşunun oxşar reaksiyası polis tərəfindən də müşahidə edilib və tezliklə şübhəli şəxsi həbs edib.
Vijay Şarmanın qardaşı oğlu dostu ilə birlikdə qətli törətdiyini etiraf edib. Zərərçəkənin qızı qeyd edib ki, Aşu onların evinə tez-tez baş çəkir və evdə qızıl-zinət əşyaları və nağd pulun harada saxlandığını bilirdi.
Bundan əvvəl Argentinanın paytaxtı Buenos-Ayres məhkəməsi kirayənşinlər tərəfindən öldürülən məşuqənin son sözlərini xatırlayan tutuquşunu dindirmək qərarına gəlmişdi.