Hindistanda fəlakət davam edir: ölənlərin sayı 417-yə çatdı

Hindistanda fəlakət davam edir: ölənlərin sayı 417-yə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hindistanın Kerala əyalətində güclü yağışın səbəb olduğu sel və daşqınlara görə ölənlərin sayı 417 nəfərə çatıb.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, 36 nəfər hələ də itkindir. Əyalətdəki yağış 800 min nəfərə təsir edib, 6 minə yaxın şəxs sığınacaqlara yerləşdirilib. 32 min 500 hektar əkin sahəsini su basıb.
Qeyd edək ki, musson yağışlarının Keralaya vurduğu zərərin məbləği 3 milyard dollardır.