Hindistan-Pakistan sərhədində QARŞIDURMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Cammu və Kəşmir ştatınlarının ərazisinə girməyə çalışmış 7 döyüşçü məhv edilib. 

Hindistanın Cammu və Kəşmir ştatınlarının ərazisinə girməyə çalışmış 7 döyüşçü məhv edilib.


TİA.AZ “RİA-Novosti” agentliyinə istunadən xəbər verir ki, bu haqda Hindistan ordusunun xəbərində deyilir.

Qeyd edilir ki, döyüşçülərlə toqquşmalar son iki gündə baş verib.

“Yeddi silahlı cinayətkar məhv edilib. Onlarda silah, döyüş sursatları və döyüş hərəkətləri üçün yararlı olan başqa materiallar aşkar edilib”, – xəbərdə bildirilir.

Cammu və Kəşmirin ştatlarında müstəqillik və ya Pakistana birləşməni dəstəkləyən separatçılar aktiv fəaliyyət göstərirlər. Nyu-Dehli İslamabadı silahlı separatçılara dəstək verməkdə ittiham edir. İslamabad isə bu ittihamlar rədd edir və bildirik ki, Kəşmir sakinləri öz hüquqları uğrunda müstəqil mübarizə aparırlar.