Hindistan öz qədim adını bərpa edə bilər-FOTO

Hindistan öz qədim adını bərpa edə bilər-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hindistan hakimiyyəti ölkənin adını müasir dövlətin yerləşdiyi torpaqların qədim adına – “Bharat”a qaytarmağı planlaşdırır.

Tribunainfo.az xəbər verir ki, bu barədə Hindistan Milli Konqresinin rəhbəri Cayram Rameş sosial şəbəkədə yazıb.

“İngilislər Bharatın adını Hindistan etdilər. Ölkəmiz min illərdir ki, “Bharat” adı ilə tanınırdı. Bu ölkənin qədim sanskrit mətnlərində rast gəlinən qədim adıdır. Hindistan adı müstəmləkə idi və buna görə də köləliyin simvolu idi. Hindistan adı konstitusiyadan çıxarılmalıdır”, deyə Hindistan parlamentinin üzvü bildirib.

 

Ölkənin adının dəyişdirilməsi ilə bağlı qətnamə parlamentin sentyabrın 18-dən 22-dək keçiriləcək növbədənkənar iclasında təqdim olunacaq.
Hindistan sakinləri də öz ölkələrini hindi dilində (rəsmi dil) “Bharat” adlandırırlar, bu, rəsmi sənədlərdə öz əksini tapıb.