Hindistan Ali məhkəməsinin hakimləri restavrasiya edilməyəcəyi təqdirdə hökuməti “Tac Mahal”ı sökməyə məcbur edəcəklərini açıqlayılblar.
Qaynarinfo Ria-Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Hindustanın Times” nəşri məlumat yayıb.
Hindistan Ali Məhkəməsi həm mərkəzi hökumətin, həm də Uttar Pradeş hökumətinin “Tac Mahal”ın qorunması işinə biganə yanaşdığını bildirib. Hökumətə göndərilən məktubda 3 variant təklif olunub: Tac Mahal”ın ya bağlanmalı, ya birdəfəlik yox edilməli, ya da bərpa edilməlidir.
Ölkə rəsmiləri vəziyyəti dəyərləndirəcəklərini və Hindistan Texniki Universitetinin problemin həlli üçün 4 ay ərzində plan tərtib edəcəyini açıqlayıblar.
Qeyd edək ki, dünyanın yeni yeddi möcüzəsindən biri olan “Tac Mahal” 1653-cü ildə Cahan Şahın göstərişi ilə həyat yoldaşı Mümtaz Mahalın şərəfinə tikilib. Abidə 1983-cü ildə UNESCO-nun Dünya İrs siyahısına daxil edilib. Statistikalara görə gündəlik 200 min insan buranı ziyarət edir.