backend

Hindistan İpək yolunu boykot etdi – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Pekində keçirilən “Bir qurşaq – bir yol” forumunda iştirakdan imtina edib. 

Hindistan Pekində keçirilən “Bir qurşaq – bir yol” forumunda iştirakdan imtina edib.

TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qopal Baqlay söyləyib. O, imtinaya səbəbin Çin-Pakistan iqtisadi dəhlizinin yaradılmasının olduğunu bildirib:

“Heç bir ölkə özünün ərazi bütövlüyü və suverenliyini nəzərə almayan layihələri qəbul etməz. Pekin bu məsələdə konstruktiv mövqe tutmalıdır”.

Qeyd edək ki, Çin-Pakistan iqtisadi dəhlizi İpək yolu layihəsinin əsas hissələrindən biridir. Bu dəhliz sayəsində Pakistanın cənub-qərbindəki Qvadar liman şəhəri Çinin Sintzyan-Uyğur muxtar vilayəti ilə birləşəcək. Dəhlizin bir hissəsi Hindistanla Pakistan arasındakı mübahisəli zonadan keçəcək.