Hindistan hökuməti “Google”u cərimələdi

Hindistan hökuməti “Google”u cərimələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın rəqabət üzrə Komissiyası (CCİ) ABŞ-ın “Google” şirkətini 1,36 rupi (21 milyon dollar) məbləğində cərimələyib.

İKT.lent.az-ın xəbərinə görə, səbəb şirkətin ümumi online axtarış və reklam xidmətlərinin axtarışı seqmentində dominant mövqeyindən sui-istifadə etməsidir. “Müəyyən olunub ki, “Google” axtarışın təhrif olunması praktikasını tətbiq edib, bu isə həm rəqiblərə, həm də istifadəçilərə zərər vurur”, – deyə komissiyanın açıqlamasında bildirilir.

Məlum olub ki, “Google” Hindistanda axtarış sorğularını öz xidmətlərinə yönləndirirmiş.

Xatırladaq ki, ötən il Avropa İttifaqı eyni səbəblə “Google”u 2,42 milyard avro məbləğində cərimələyib.