Hindistan Ermənistana yeni silahlar göndərdi

Hindistan Ermənistana yeni silahlar göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanla Ermənistan arasında bağlanılmış silah alışına dair müqavilənin icrasının növbəti mərhələsi başlayıb. Tribunainfo.az xəbər verir ki, bir müddət əvvəl Dehli İrəvana artilleriya silahlarının verilməsi prosesini həyata keçirib.

Dünən isə Hindistan “Akaş” hava hücumundan müdafiə sisteminin ilk batareyası Ermənistana göndərib. “The İndian Nyuz” qəzetinin yazdığına görə, yaxın aylarda silahların qalan hissəsi də göndəriləcək.

Xatırladaq ki, Ermənistan son zamanlar ciddi şəkildə silahlanmaqdadır. Rəsmi Bakı artıq bir neçə dəfə bununla bağlı İrəvana xəbərdarlıq edib. Lakin Paşinyan hökuməti bu tələbləri yerinə yetirmək fikrindən uzaq görünür. Bunu təsdiq edən vacib detallardan biri budur ki, Ermənistan 2025-ci il üçün hərbi büdcəsini 300 milyon dollar artıraraq, 1.6 milyard dollara çatdırıb.