Hindistanın Müdafiə Araşdırma Qanadı bildirib ki, Dehli Ermənistanın dörd Su-30 SM qırıcısını Super-30 konfiqurasiyasına təkmilləşdirilməsinə hazırlaşır. Tribunainfo.az xəbər verir ki, Dehli və İrəvan arasında bununla bağlı razılaşma əldə edilib.
Bu təkmilləşdirmə Astra Mk1 hava-hava raketi, RudraM hava-yer raketləri, Uttam aktiv elektron skan edilmiş massiv radarı və uçuş kompüteri də daxil olmaqla qabaqcıl Hindistan silah və texnologiyalarının inteqrasiyasını nəzərdə tutur.
Həmin xəbərə görə, bundan başqa, Ermənistanın Hindistandan birbaşa Su-30MKI qırıcılarını almaq istəyir.