Hakimiyyətdəki sağçı Bharatiya Janata Partiyasının bəyanatında Myanmardan qaçan müsəlmanların Hindistanda yaşayan buddistlərə qarşı zorakılıq hərəkətlərinə yol verəcəyi barədə narahatlıq səsləndirilmişdi.
“India Today”in yüksək çinli hökumət rəsmisinin açıqlamasına istinadən yaydığı xəbərdə, milli təhlükəsizliyə böyük təhdid kimi görünən arakanlı müsəlmanların axınının qarşısını almaq məqsədilə dəniz sərhədində kəşfiyyat təyyarələri və patrul gəmilərinin fəaliyyətə başladığı qeyd olunub.
Hindistan hökuməti bu həftənin əvvəlində də Ali Məhkəmə vasitəsi ilə arakanlı müsəlmanların milli təhlükəsizliyə böyük təhdid yaratdığı açıqlamasını yaymışdı.
Hakimiyyətdəki sağçı Bharatiya Janata Partiyasının bəyanatında Myanmardan qaçan müsəlmanların Hindistanda yaşayan buddistlərə qarşı zorakılıq hərəkətlərinə yol verəcəyi barədə narahatlıq səsləndirilmişdi.
Hindistanlı vəkil Praşant Bhuşan isə verdiyi açıqlamada Hindistan hökumətinin iddialarının heç bir sübuta əsaslanmadığını söyləyib.
Myanmardan qaçan müsəlmanların Hindistanın daha çox Andhra Pradeş, Manipur, Rajasthan, Uttar Pradeş, Dehli, Maharaştra, Rajasthan və Haryana ştatlarında yaşadığı bildirilir.
Myanmardan 2012-ci ildə qaçan Feyzullah jurnalistlərə açıqlamasında, “Myanmarda çox əziyyət çəkdiyimiz üçün burada yaşamaq istəyirik. Burada əmin-amanlıqdan başqa bir şeyimiz yoxdur”, – deyib.
Kiçik bir dükan işlədən Abdülrahim isə, “Hindistan bizə çox kömək etdi. Ümid edirəm ki, buradan deportasiya etməyəcəklər. Biz sülhsevər insanlarıq və terrorçu təşkilatlarla hər hansı bir əlaqəmiz yoxdur”, – deyə bildirib.
Hindistanlı nazir Kiren Rijiju ötən ay parlamentə müraciətində mərkəzi hökumətin ştatlarda qeyri-qanuni yaşayan arakanlı müsəlmanları aşkar etməsi və deportasiya prosesinə başlamasını istədiyini açıqlamışdı./FaktXəbər