Hindistan Azərbaycandan zərgərlik məmulatlarının idxalına gömrük rüsumlarını azaltmağı xahiş edib.
Hindistan Azərbaycandan zərgərlik məmulatlarının idxalına gömrük rüsumlarını azaltmağı xahiş edib.
TİA.AZ-ın məlumatına görə, bu barədə Trend Hindistan KİV-lərinə istinadən məlumat verib.
Bu məsələ Hindistanın Qiymətli daşların və zərgərlik məmulatlarının ixracının təşviqi Şurasının (GJEPS) nümayəndələri ilə bu ölkənin Azərbaycandakı səfiri Sancay Rananın görüşü zamanı müzakirə olunub.
Hindistan mətbuatının məlumatına görə, GJEPS nümayəndələri Azərbaycan Maliyyə Nazirliyi ilə gömrük rüsumlarının azaldılması məsələsinin müzakirə olunmasını xahiş ediblər.