“Vikiliks” saytı və Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi mənim prezident seçkisini uduzmağımda əsas günahkarlardır.
“Vikiliks” saytı və Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi mənim prezident seçkisini uduzmağımda əsas günahkarlardır.
TİA.AZ xəbər verir ki, bunu CNN televiziyasına müsahibəsində ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton söyləyib.
“Seçki kampaniyam ideal deyildi, amma qələbə yolunda idim.
Bu, 28 oktyabrda Ceyms Kominin məktubu və “Rusiya Vikiliksi”nin insanlarda şübhə yaradana qədər davam etdi. Onlar sayəsində insanlar mənə səs verməyə qorxdular. Əgər seçki 27 oktyabrda keçirilsəydi, mən sizin prezidentiniz olardım”, – deyə o bildirib.