Hillari Klinton 2020-ci il seçkilərində iştirak etməyəcək

Hillari Klinton 2020-ci il seçkilərində iştirak etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.
TİA.AZ xəbər verir ki, Klinton bu barədə “News 12” kanalına verdiyi müsahibəsində deyib. O, növbəti prezident seçkilərində iştirak etməsə də, heç yerə getmədiyini, siyasi proseslərdən uzaqlaşmadığını vurğulayıb.
Qeyd edək ki, Hillari Klinton 2008-cı il seçkilərində Barak Obamaya, 2016-cı ildə isə hazırkı prezident Donald Trampa məğlub olub.