backend

Hikmət Hacızadənin həyasız açıqlaması… – Səməd Vəkilov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hikmət Hacızadə arxivə atılmış mənasız bir adamdır. O özünü yada salmaq üçün hərdən belə həyasız açıqlamalar verir. 

Hikmət Hacızadə arxivə atılmış mənasız bir adamdır. O özünü yada salmaq üçün hərdən belə həyasız açıqlamalar verir.

Bu sözləri Kult.az-a Vəkilovlar nəslinin davamçısı, tanınmış hüquqşünas Səməd Vurğunun Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacizadənin müsahibəsində xalq şairi Səməd Vurğun haqqında fikirlərinə münasibət bildirərkən deyib. S.Vəkilov qeyd edib ki, Səməd Vurğun haqqında danışmazdan öncə öz qohumlarına və etdiklərinə nəzər salsın:

“Özünün etiraf etdiyinə görə, mərhum Əbülfəz Elçibəyi onun doğma əmisi oğlu Aydın Hacıyev satıb. Ancaq bu mənasız adam unutmasın ki, Elçibəy məhkəmədə son söz deyərkən S.Vurğunun Azərbaycan şeirini səsləndirib”.

Qeyd edək ki, bir müddət əvvəl Hikmət Hacızadə müsahibələrinin birində müxbirin şairlərlə bağlı sualına cavab olaraq S.Vurğunun mənasız biri olduğunu, nə qədər adam satdığını deyib. Bundan başqa o, S.Vurğunun şeirlərinə tənqidi yanaşıb və şairin adına küçə olmasına mənfi münasibət bildirib.