Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə toplantısının keçiriləcəyi Şuşa şəhərində konsert proqramı təşkil edilib.
Hazırda Şuşa şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Şuşa sammitinin nümayəndə heyətləri üçün təşkil edilən konsert proqramı”, – deyə H.Hacıyev qeyd edib.