Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Niderlandın ölkəmizdəki səfiri Marian De Yonq ilə görüşüb.

 

Bu barədə məlumatı Niderlandın Azərbaycandakı səfirliyi “X” sosial şəbəkə hesabında paylaşıb.

 

Məlumata görə, görüşdə tərəflər regional prosesləri və Avropa İttifaqı ilə siyasi və iqtisadi əməkdaşlığı, həmçinin Azərbaycan və Niderland arasında ikitərəfli münasibətlərin daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.