Hikmət Hacıyev: Ermənistanın xarici işlər naziri yenə də cəfəng söz oyunu ilə məşğuldur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri yenə də cəfəng söz oyunu ilə məşğuldur.

 

Ermənistanın xarici işlər naziri yenə də cəfəng söz oyunu ilə məşğuldur.

Bundan əvvəlki açıqlamaları ilə özünü pis duruma qoyan Ermənistan xarici işlər naziri indi vəziyyətdən çıxmaq üçün yenə müxtəlif yalan və bəhanələrə əl atır.

 XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Helsinki Yekun Aktı əsasında hazırlanan bu prinsiplərin mahiyyəti və məntiqinə görə birinci addım olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı işğal edilmiş rayonlardan Ermənistan silahlı qüvvələri çıxarılmalı və məcburi köçkünlər qayıtmalıdırlar. Bu prinsiplər ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri səviyyəsində Akvil, Muskoka, Los-Kabosda verilmiş bəyanatlarda təsbit olunub.

Ən əsası odur ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunub. ATƏT Minsk Qrupunun həmsədr ölkələri BMT TŞ-nın daimi üzvləri olaraq bu qətnamələrin qəbul olunmasında birbaşa iştirak ediblər.

Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, predmetli danışıqların mahiyyətini bu prinsiplərə və konkret vaxt qrafikinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması təşkil edir”.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan tərəfi ittiham və bəhanələr irəli sürmək əvəzinə qəbuledilməz olan status-kvonun dəyişdirilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövcud təklifləri əsasında Azərbaycan tərəfi və həmsədrlərlə birlikdə substantiv danışıqlara qatılmalı, öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxamalı və regionda sülh şəraitində birgə yaşayış və çiçəklənmə üçün imkanlara yol açmalıdır:

“Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz olan status kvonun dəyişdirilməsi üçün substantiv və ciddi danışıqlara hazırdır”.