Prezidentin köməkçisi Hikmət Hacıyevin təbirincə desək, oyun bitdi! Bakı özü ermənilərə humanitar yardım göndərib. Görək, indi qarşı tərəf bunu necə qarşılayacaq. Bütün hallarda blokada şousu düzəldənlərin arqumentləri tam fiaskoya uğradı. Bundan sonra bizi nədə ittiham edəcəklər, yaşayıb görərik. Tribunainfo.az yazır ki, İrəvan, Paris, müxtəlif lobbi qrupları “humanitar fəlakət” oyunu təşkil etmişdi. Siyasi şərhçi Məhəmməd Əsədullazadə Bakıdan Xankəndiyə humanitar yük yola salınmasını müsbət hal sayır. Onun fikrincə, bəzi Qərb mərkəzləri görməlidir ki, Azərbaycan erməni əsilli vətəndaşlara humanist yanaşır, onların problemlərin həllinə çalışır: “Amma heç bir ölkə, həmçinin Ermənistan Azərbaycanın razılığı olmadan dövlət sərhədindən Qarabağa yük gətirə bilməz.
Göndərilən yüklərin ermənilər tərəfindən necə qarşılanacağı, Əsgərana gedə biləcəyi bir neçə saat ərzində aydın olacaq. Bu gecə separatçılar müşavirə keçirib, görünür onlar da bu toplantıda yüklərin göndərilməsinə maraqlıdır. Amma,ə proseslər istənilən saat dəyişə bilər”.